Alman ekspert nədən narahatdır?| ABŞ Azərbaycana ayrılan yardımı kəskin şəkildə artırır

2019/08/5c0d9-1564823815.jpg
Oxunub: 5733     15:54     03 Avqust 2019    
“Hazırda indiki ABŞ prezidentinin administrasiyası tərəfindən təşəbbüs göstərilən və artıq müxtəlif istiqamətlərdə həyata keçirilən siyasət hələ son prezident seçkilərinin təbliğat kampaniyası dövründə məlum idi. Ona görə ki, Trampın seçkiqabağı platforması bütün növ ABŞ resurslarının, xüsusilə diplomatik, maliyyə sahələrinin ABŞ vətəndaşının üzərinə mərkəzləşdirilməsi siyasətini vəd edirdi”.

Ordu.az xəbər verir ki, bu sözləri almaniyalı siyasi analitik Syuzan Styuart ABŞ-ın qondrama quruma ayrılan maliyyə yardımını niyə azaltmaq istədiyi məsələsinə toxunarkən deyib.

Onun sözlərinə görə, maliyyə yardımının azaldılmasını ABŞ prezidenti Donald Trampın xarici siyasətinin prioritetləri və layihələri çərçivəsində dəyərləndirmək lazımdır.


“Bununla yanaşı bu günlərdə məlum olub ki, ABŞ Azərbaycana ayrılan yardımı kəskin şəkildə artırır. Bu, Ermənistana ayrılan yardımla müqayisəedilməz dərəcədə çoxdur. ABŞ prezident administrasiyasının indi təşəbbüs göstərdiyi və müxtəlif istiqamətdə həyata keçirdiyi layihələr son prezident seçkilərindəki təbliğat zamanı məlum idi. Trampın seçkiqabağı platforması bütün növ ABŞ resurslarının, xüsusilə diplomatik maliyyə imkanlarını ABŞ vətəndaşının həyatı üzərinə cəmləşdirəcəyini vəd edirdi.

ABŞ prezidentinin bu niyyəti onun tərəfindən hakimiyyətin qəbul olunmasından qısa vaxt sonra başlayıb. Bu məsələdə ABŞ prezidenti öz sahibkarlıq psixologiyasını tətbiq edir. Bu halda istisnasız olaraq, ABŞ vətəndaşının maraqlarını nəzərə alır. ABŞ vətəndaşının maraqları nəzərə alınsa da, bu siyasət nəticəsində dünyanın bir sıra bölgələrində ABŞ-ın nüfuzuna xələl gəlməsinə görə, ekspertlər də narahatlıqlarını ifadə edir. Həmin ekspertlər daha yüksək səviyyəli ABŞ siyasətinin aparılmasını gözləsələr də, bu baş vermir”, - deyə Styuart bildirib.

O qeyd edir ki, yardımların birdəfəlik azaldılması və ya ləğv edilməsi baş verə bilməz.

“Hazırda bütün dünya üzrə ayrılan vəsaitlərin ləğv edilməsindən deyil, azaldılmasında getdiyinə əminəm. ABŞ tərəfi daha passiv siqnallar aldığı bölgələrdə ayrılan vəsaiti endirə bilər. Buna görə də belə bir nəticəyə səbəb olan əsas və kiçik səbəblər qarşılıqlı əlaqədə olub. Bunun Ermənistana xüsusi ismarıc olduğunu deyə bilmərəm, lakin deyə bilərəm ki, bu məsələ ilə məşğul olmağa məcbur edən bir siqnaldır. İllərdir ciddi problemlərin həll edilməsinə xidmət edən bu yardımın Qarabağa davam etdirilməsi üçün məşğul olmaq lazımdır. Azərbaycan və Ermənistana ayrılan ABŞ hərbi yardımının həcminin arasındakı mövcud fərqə toxunmaq istəyirəm. Balanslaşdırmağa zərurət var. Bunu Ermənistan hakimiyyəti diplomatik xətlər vasitəsilə həyata keçirməlidir. Bu ictimati fəaliyyət tələb etmir, lakin Ermənistan da bölgədə vacib ölkədir. Yaxşı iş aparıldığı halda təsvir Ermənistanın xeyrinə dəyişə bilər”, - deyə almaniyalı ekspert vurğulayıb.

Xatırladaq ki, erməni politoloq Suren Sarkisyan “Facebook” səhifəsində yazıb ki, ABŞ hökuməti ərazilərin minadan təmizlənməsi məqsədi ilə qondarma quruma ayrılan yardımı azaltmaq niyyətindədir.

“Bu USAID tərəfindən maliyyələşdirilən layihədir. Bu layihənin dayandırılması ciddi siyasi mesaj ehtiva edir. ABŞ-da yaşayan dostlarımı “Hay Dat” ofisinin təşkil etdiyi təbliğat kampaniyasına qoşulmağa çağırıram. Təkrar deyirəm, bunun ciddi siyasi nəticələri olacaq, nəticələri hamımızın dərk etdiyi siyasi və hüquqi presedentdir. ABŞ dünyada Ermənistandan sonra yeganə ölkədir ki, Xankəndinə birbaşa yardım edir”, - deyə Sarkisyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin